“Fənərbağça” Türkiyə Kubokunda mübarizəni dayandırıb

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib.

Açılış oyununda “Fənərbağça” “Ankaragücü”nün qonağı olub. Rəqibinə 0:3 hesabı ilə uduzan İstanbul təmsilçisi turnirlə vidalaşıb.

Meydan sahiblərinin heyətində qolları Olimpiu Morutsan, Anastasios Çatzicovannis və Geri Rodriges vurublar.

Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi məhz “Fənərbağça” klubu olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.