Fərəc Quliyevlə bağlı MSK-ya şikayətin nəticəsi bəlli deyil

09 Fevral 2020 - 11:26

Nə MSK, nə də Prokurorluq hələ də 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, bloger Mehman Hüseynovun yaydığı rəqibi Fərəc Quliyevin ona pul təklif etdiyini əks etdirən audioyazı ilə bağlı heç bir tədbir görməyib.

Quliyev namizədliyini onun xeyrinə gerçi çəkməsini təklif edir və müəyyən vədlər verir, o cümlədən guya malicəsi üçün pul vəd edir.

Fevralın 5-də blogerin müraciətindən sonra MSK Fərəc Quliyevə xəbərdarlıq etməklə kifayətlənib. Bu zaman MSK sədri Məzahir Pənahov bildirib ki, bu, “yekun qərar deyil”. Onun sözlərinə görə, prokurorluq da hadisəni araşdıracaq və yekun qərar prokurorluğun araşdırmasının nəticələri nəzərə alınmaqla qəbul ediləcək.

Fevralın 6-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov öz facebook səhifəsində yazıb ki, blogerin müraciəti “müvafiq qərar qəbul edilməsi üçün” MSK-ya göndərilib.

Müstəqil hüquqşünaslar birmənalı şəkildə Quliyevin əməllərində cinayət tərkibi olduğunu və onun namizədliyinin ləğv edilməli olduğunu bəyan ediblər. (Turan)