Fələstin prezidenti Qəzzada atəşkəsə ümid edir

Fələstin Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına nail olacağına ümid edir.

Bu barədə Fələstin lideri Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Biz nə istəyirik? Yalnız hərbi əməliyyatların dayandırılmasını istəyirik. Prinsipcə hamının çağırış etdiyi budur. Ümid edirik ki, buna nail olacağıq və sonra humanitar yardımın çatdırılmasına başlaya bilərik”, – deyə o bildirib.

O əlavə edib ki, fələstinlilər heç vaxt Qəzzanı tərk etməyəcəklər, necə ki, İordan çayının qərb sahilini də tərk etməyəcəklər: “Bu vasib məsələdir”.

M.Abbas Qəzzanın Fələstinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. (Trend)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.