Fərəc Quliyev MSK-nın qərarına münasibət bildirdi:"Burada məqsəd şantajdır"

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) ona xəbərdarlıq etməsi qərarına münasibət bildirib.

“Report”un xəbərinə görə, bununla bağlı partiyanın rəsmi “Facebook” səhifəsində F.Quliyevin videomüraciəti paylaşılıb.

O bildirib ki, rəqibi Mehman Hüseynovun şikayəti əsasında MSK-da müzakirə aparılıb.

F.Quliyevin fikrincə MSK onun deyil, M.Hüseynovun barəsində qərar çıxarmalı idi:

“Çünki rəqibi nüfuzdan salan, hətta ailəsinə toxunan ifadələr işlədilərsə, bunu MSK-ya bildirmək lazım deyil. Ona görə ki, bu, onların gözü qarşısında baş verib. Dünyanın hər yerində bütün namizədlər öz rəqiblərini dəstəkçisinə çevirmək praktikasından istifadə edirlər. Hətta seçkidən sonra bir partiyadan digərinə transferlər də olur. Mən namizədlərlə danışıqlar mərhələsində Mehman Hüseynovu yanıma çağırıb onunla söhbət etmişdim. Ona vəkilim olmasını da təklif etmişdim. Onunla danışıqlarımı boyayıb düzəldib, 45 dəqiqəlik söhbətin içərisindən 5 dəqiqəlik səs yazısını yaymaq və bununla bağlı şikayət etməyin nə qədər doğru olduğunu bilmirəm. Burada məqsəd şantajdır. Ancaq bununla bağlı MSK-nın mənə xəbərdarlıq etməyini başa düşə bilmirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AŞPA müşahidə missiyası Bakıya gəlib

Sonrakı məqalə

Bakıda bəzi marşrutların hərəkət sxemində dəyişiklik edilib