Facebook istifadəçilərin sayını açıqladı –

Ötən il rekord məbləğdə pul qazanıb
30 Yanvar 2020 - 22:02

Sosial media nəhəngi Facebook-un çərşənbə günü verdiyi məlumata əsasən şirkət Facebook, WhatsApp, Instagram və Messenger-lə birlikdə aylıq 2,89 milyard istifadəçiyə xidmət göstərir.

Təxminən 2,26 milyard istifadəçi hər gün aktiv şəkildə bu xidmətlərdən istifadə edir. Bu isə keçən ilin göstəricilərdindən 8 faiz çoxdur.

Şirkətin verdiyi açıqlamada bildirilir ki, keçən il şirkətin gəliri 21.1 milyard dollar təşkil edib. Gəlirin əksər hissəsi isə reklamlardan əldə olunub.

Lakin bu böyüməyə baxmayaraq şirkətin səhmlərinin dəyəri 7 faiz ucuzlaşıb. Digər tərəfdən isə şirkət istehlakçıların şəxsi hüquqlarını pozduğu üçün Federal Ticarət Komissiyasına bu günə qədər ödənilmiş ən yüksək məbləğ – 5 milyard dollar cərimə ödəyib.

Şirkətin 2015-ci ildə üz tanıma texnalogoyasının istifadəçilərin gizlilik qaydalarını pozduğuna görə əlavə 550 milyon dollar cərimə ödəyəcəyi də bildirilir.