FED uçot dərəcəsini sabit saxlayıb

28 Yanvar 2021 - 09:00

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 2021-ci ildə keçirilən ilk iclasında uçot dərəcəsini sabit saxlayıb.

TASS  xəbər verir ki, uçot dərəcəsi 0-0,25 faiz səviyyəsində saxlanılıb.

Xatırladaq ki, ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən FED ötən ilin dekabrında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.