FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb –Futbol fəaliyyətinə qadağa qoyulub

Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, FİFA 25 yaşlı hücumçunun futbol fəaliyyətinə qadağa qoyub.

Bunu Polşanın “Legiya” klubunun hüquqi və inzibati direktoru Yakub Laskovski açıqlayıb. O, sosial şəbəkə paylaşımında Mahirin sabiq klubu qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirmədiyini bildirib. Bu üzdən FİFA-ya şikayət edən Varşava klubunun müraciətinə baxılıb və Emreli cəzalandırılıb. Hücumçu “Legiya”ya qaytarmalı olduğu 100 min avronu ödəyənə qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, 2021/22 mövsümünün ilk yarısını “Legiya”da keçirən Mahir bu ilin əvvəlində “Dinamo”ya keçib.

Əvvəlki məqalə

“Təklif etdik ki, işçi qruplar sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar”

Sonrakı məqalə

“Bu, yeni platformadır, müzakirələr təzə başlayıb” –