Ceyms Kemeron ilk “Terminator” filminin “biabırçı” çəkilişindən peşman olması ilə bağlı yenidən danışıb.
Azpost.info-nun məlumatına görə, amerikalı rejissor Hollivud ulduzu Arnold Şvartseneqqerin baş rolu ifa etdiyi bu məhşur film barədə “Empire” nəşrinə müsahibə verib.
Dünya şöhrətli kinorejissor lentə aldığı öz ekran əsərinin, milyonlarla tamaşaçıların sevimli filminə çevrilmiş “Terminator”-un əsas franşizasının ilk hissəsindən danışıb. O, filmini belə qiymətləndirib: “Mən bunu bir növ Müqəddəs Qraal kimi görmürəm. Orada mənim özümdə ikrah yaradan, eləcə də “bəli, biz əlimizdəki resurslarla çox yaxşı bir iş gördük” deyə düşündüyünüz yerlər var”.
Rejissor, aktyor Arnold Şvartseneqqerin bu filmdə rol almasını ekran əsərinin əsas uğurunun amillərindən biri adlandırıb.
Xatırladaq ki, kiborq qatili haqqında olan “Terminator” filmi ilk debütünü 1984-cü ildə edib və dünya üzrə 78 milyon dollara yaxın kapital toplayıb. Daha sonra isə bu mövzuda bir neçə dəfə “Terminator” filmi çəkilib.
Dünya şöhrətli amerikalı rejissor, yazar və ssenarist Ceyms Kemeron bundan əvvəl isə bildirmişdi ki, indi o yeni “Terminator” filminin üzərində işləyir.
Oqtay Qorçu