“Fotoxronika”: 1992-ci ilin qalib əsgəri –

Azərbaycan ordusu ermənilərin qoyub qaçdığı Ağdərədə
22 Sentyabr 2019 - 13:01

“Fotoxronika” layihəsində oxuculara bu fotonu təqdim edirik.

Qarabağ müharibəsinin ən uğurlu ili sayılan 1992-ci ilin yayı və payızı ordumuzun qələbələri ilə yadda qaldı.

Erməni hərbi dəstələrini bir-birinin ardınca ağır məğlubiyyətə uğradan Azərbaycan ordusu Laçın yolu üzərinə çıxaraq Xankəndinin 10 kilometrliyinə çatmışdı.

Ermənistanın rəhbəri Levon Ter-Petrosyan Azərbaycan rəhbərliyinə hucumu dayandırmaq və danışıqlara başlamaq üçün yalvarırdı. Erməni deputatlarının sülh danışıqları barədə imzaladığı müraciəti Bakıya gətirən Ayrikyan atəşi dayandırmağı xahiş edirdi.

Bu həmin qəhrəman oğulların qələbə sevincini göstərən şəkildir:

FOTO: Dağlıq Qarabağ. Ağdərə.10 iyul 1992-ci il.

Ağdərəni düşməndən təmizləmiş Azərbaycan ordusunun əsgərləri “Mardakert” yazılmış istiqamətləndirici lövhəni sökürlər…

 Qalibləri heç vaxt mühakimə etmirlər!