“Fotoxronika”: 1992-ci ilin qalib əsgəri –Azərbaycan ordusu ermənilərin qoyub qaçdığı Ağdərədə

“Fotoxronika” layihəsində oxuculara bu fotonu təqdim edirik.

Qarabağ müharibəsinin ən uğurlu ili sayılan 1992-ci ilin yayı və payızı ordumuzun qələbələri ilə yadda qaldı.

Erməni hərbi dəstələrini bir-birinin ardınca ağır məğlubiyyətə uğradan Azərbaycan ordusu Laçın yolu üzərinə çıxaraq Xankəndinin 10 kilometrliyinə çatmışdı.

Ermənistanın rəhbəri Levon Ter-Petrosyan Azərbaycan rəhbərliyinə hucumu dayandırmaq və danışıqlara başlamaq üçün yalvarırdı. Erməni deputatlarının sülh danışıqları barədə imzaladığı müraciəti Bakıya gətirən Ayrikyan atəşi dayandırmağı xahiş edirdi.

Bu həmin qəhrəman oğulların qələbə sevincini göstərən şəkildir:

FOTO: Dağlıq Qarabağ. Ağdərə.10 iyul 1992-ci il.

Ağdərəni düşməndən təmizləmiş Azərbaycan ordusunun əsgərləri “Mardakert” yazılmış istiqamətləndirici lövhəni sökürlər…

 Qalibləri heç vaxt mühakimə etmirlər!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

35 il əvvəl Demis Russosun olduğu təyyarəni qaçıran şəxs həbs olunub –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu –