“Fotoxronika”: Neft səltənətinin varisləri –

1890-cı ilin uşaqları (FOTO)  
06 Mart 2020 - 15:06

Azpost.info “Fotoxronika” layihəsində 130 il əvvəl Bakıda çəkilmiş fotonu təqdim edir.

Bakı. 1890-cı il. Uşaqlar… Neft səltənətinin varisləri…

İllər ötəcək. Bu uşaqlar atalarını əvəz edəcək, bir dəstəsi bolşeviklərin arxasınca gedəcək, bir dəstəsi ADR-in şanlı tarixini yaradacaq…
Xatirələri ağır və zəngin olacaq.
Hələlik isə maraqla şəhərə gəlmiş fransız fotoqrafının onlara tuşlanmış aparatına baxırlar…