“Fotoxronika”: Sovet uşaqlarının xoşbəxt siması sayılan bədbəxt Gelya –Stalinin gülləri və güllələri  

Azpost.info “Fotoxronika” layihəsində bu fotonu oxucularına təqdim edir.

Foto 30-cu illərədə bəxtəvər sovet uşaqlarının bir brendinə çevrilmişdi.
1936-cı il. Stalinin qucağındakı buryat qızı, 8 yaşlı Gelya Markizovadır. Şəkil Buryat kolxozçularının Stalinlə görüşündə çəkilib.

Çıxışların qızğın vaxıtnda qəfildən yerindən duraraq tribunaya gedən Gelya əlində gülləri Stalinə verir. Hamı çaşbaş qalır. Stalin isə “salam” deyərək onu stolun üstünə qaldırır. Ona qızıl saat və patefon bağışlayır.

Bu fotonu “Bakinski raboçi” qəzeti manşet yazı ilə verir. Gelya SSRİ-də xoşbəxt uşaqların təcəssümünə çevrilir.
Görüşdən bir il sonra Buryatiyanın xalq komissarı olan atasını “xalq düşməni” elan edib güllələdilər. Gelyanı isə anası ilə birgə sürgünə göndərdilər. Anasını sürgündə NKVD öldürdü. Qız yetim böyüdü.
Şərqşünas, tarix elmləri doktoru Engelsina (Gelya) Markizova 2004-cü ildə Antaliyada ürək tutmasından vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Dumasının sədri:

Sonrakı məqalə

Putinin “uşaqları” –