“Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zaminlərdəndir”- Emmanuel Makron

“Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zaminlər sırasındadır”.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) illik qala ziyafəti zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində vəzifəsini icra etməklə sülh danışıqlarının davam etdirilməsində əsas zaminlərdən biridir”, – o deyib.

Dövlət başçısı həm Ermənistan baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb.

“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, – Emmanuel Makron xüsusi vurğulayıb(report).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk Şurasına üzv dövlətlərin XİN başçılarının növbədənkənar iclası keçiriləcək

Sonrakı məqalə

AMEA da koronavirusla mübarizəyə qoşuldu