“Fransa qeyri-qanuni işğal siyasətinə görə Ermənistanı bir dəfə belə, qınamayıb”- XİN

Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində “səy” göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb.

Bu barədə XİN-dən bildirilib.

“Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirməsini təşviq etməsi və Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı”, – qeyd olunub.

Əvvəlki məqalə

Temperatur 5-9 dərəcə aşağı düşəcək

Sonrakı məqalə

“Çin güclü qalmaq istəyirsə, Rusiyadan uzaqlaşmalıdır”