ABŞ-da Fransa və İran prezidentləri görüşüb.
Azpost.info bildirir ki, Fransa mətbuatının məlumatına görə Makron Məsud Pezeşkianı Livanda artan gərginliyi azaltmaq üçün öz təsirindən istifadə etməyə çağırıb.
İran mətbuatının məlumatına görə, Emmanuel Makronla görüşdə Məsud Pezeşkian qeyd edib ki, regionda gərginliyin və qarşıdurmanın artmasının qarşısını almaq üçün İran təmkinli davranıb. O bildirib ki, Qərb ölkələri ikili standartların tətbiqinə son qoymalıdırlar. Pezeşkian deyib ki, Fransa İsrailin qarşısını almaqda çox daha təsirli ola bilər.
O, İranın beynəlxalq problemlərin, o cümlədən nüvə problemlərinin həlli barədə danışmağa hazır olduğunu bildirib: “İran heç vaxt nüvə silahı əldə etmək istəməyib və etməyəcək. Təbii ki, biz ənənəvi şəkildə müdafiə bazamızı və çəkindirmə gücümüzü gücləndirməyə çalışırıq. Bu baxımdan bu gün Qəzza zolağındakı vəziyyət bizim və dünyanın bütün ölkələri üçün bir dərsdir: Əgər biz güclü olmasaq, bizə hücum edə bilərlər”.