Fransa İranda olan vətəndaşlarına vəziyyətin gərginləşməsi riski ilə əlaqədar dərhal bu ölkəni tərk etməyi tövsiyə edib.
Azpost.info xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İranda olan fransızlara bölgədə hərbi eskalasiya riskinin artması səbəbindən mümkün qədər tez oradan getmələri tövsiyə olunur”, – məlumatda deyilir.
Daha əvvəl Fransa XİN vətəndaşlarını İsrail, Livan və Fələstin ərazilərinə səfər etməkdən çəkinməyə çağırıb.
Azpost.info