Fransada məhkəmə “Qazprom”un 120 milyon avroluq villasına həbs qoydu- FOTO

Fransada məhkəmə “Qazprom”un 120 milyon avro dəyərində villasına həbs qoyulub.

Azpost.info xəbər verir ki, bu barədə “Le Monde” yazıb.

Mülk Kot d’Azurdakı Rokbryuk-Cap-Martendə yerləşir.

Qərar çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində qəbul edilib. Formal olaraq villa “Taşir” şirkətlər qrupunun rusiyalı sahibinə – milyarder Samvel Karapetyana məxsusdur. Paris prokurorluğu isə onun real benefisiarını “Qazprom”un törəmə şirkəti hesab edir.

Üç hektar ərazidə yerləşən çoxmərtəbəli villanın həyətində üç hovuz, tennis kortu və helikopter meydançası var.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.