Fransanın XİN rəhbəri: "Belə getsə, İran bir-iki ilə nüvə silahına sahib olacaq"
İran 2015-ci ildə Vyanada imzalanan beynəlxalq nüvə razılaşmasının tələblərini pozmağa davam etsə, 1-2 ilə nüvə silahına yiyələnəcək.
Bunu Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian yerli radiolardan birinə açıqlamasında deyib. Qeyd edək ki, SEPAH-ın Qüds komandiri general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra İran hökuməti nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini açıqlayıb.
İran həmçinin, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcəyini, sanksiyaların ləğvi və maraqların təmin ediləcəyi halda Tehran rəhbərliyinin razılaşmaya qayıtmağa hazır olduğunu bəyan edib.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...