“Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” –ABŞ səfiri Libbi /FOTO

“Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik”.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Libbi Füzulidə olarkən bildirib.

“ABŞ USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib. Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqiq”- deyə səfir Libbi vurğulayıb.

Əvvəlki məqalə

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

Sonrakı məqalə

Almaniya Rusiyadakı səfirini geri çağırıb