Füzulidə polis özünü güllələyib

Füzulidə polis ehtiyatsızlıqdan özünü silahla vuraraq öldürüb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, mayın 13-də Füzuli rayon Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Əvvəlki məqalə

Mirzoyan Lavrov və Ceyhun Bayramovla görüşünü müsbət qiymətləndirib

Sonrakı məqalə

İlon Mask “Tvitter”lə bağlı alqı-satqını dayandırıb –