Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb. Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.