2020-ci il büdcəsinin əsas hissəsini Neft Fondunun gəlirləri təşkil edəcək

18 Oktyabr 2019 - 17:43

2020-ci ildə dövlət büdcəsi gəlirlərinin 47 faizi Neft Fondunun transfertinin payına düşür.

Azpost.info Maliyyə Nazirliyinə istinadən bildirir ki, bu barədə Milli Məclisə təqdim olunmuş 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində qeyd olunub.

2020-ci ildə dövlət büdcəsi gəlirlərinin 11 milyard 350 milyon manatı, və ya 47 faizi Neft Fondunun transfertindən, 7 milyard 875 milyon manatı yaxud 32,6 faizi Vergilər Nazirliyindən daxilolmalara, 400 milyon manat, yaxud 16,6 faiz DGK-dan, 839 milyon 500 min manat yaxud 3,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarından, 70 milyon manat, və ya 0,3 faizi sair gəlirlərin payına düşür.