Gəncədə 4 aylıq körpə və 3 yaşlı uşaq küçəyə atılıb –Bacı-qardaşdırlar/ YENİLƏNİB

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

Azpost.info APA-ya istinadən bildirir ki, əldə etdiyi məlumata görə, uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.

 

Gəncədə körpələrin küçəyə atılmasının bəzi təfərrüatları məlum olub.

Uşaqların qəyyum olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.

Hazırda azyaşlılar uşaq xəstəxanasındadır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.