Gədəbəydə yanğın hadisəsi baş verib.
Hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb.
Belə ki, binada anidən yanğın başlayıb.
Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. (APA)
**
Gədəbəy Rayonu İcra Hakimiyyətinin binasındakı yanğın birinci mərtəbədə qeydə alınıb.
Binanın kompüter otağında masalar və tavan yanır.
Hazırda əraziyə FHN-in Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
**
Gədəbəy rayon icra hakimiyyətinin binasında baş verən yanğın söndürlüb. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir. (APA)