“Gələn ilin büdcəsində təhsil üzrə artım xərcləri qeyri-müəyyəndir” –EKSPERT

“Gələn ilin dövlət büdcəsi təhsil sahəsi üzrə hansı istiqamətlər üzrə artımın olduğunu görməyə imkan vermir”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev Milli Məclisdə keçirilən 20203-cü ilin dövlət büdcəsin müzakirələri ilə bağlı deyib.
Onun sözlərinə görə, parlamentə təqdim olunan büdcə sənədlərindən aydın olur ki, 2023-cü ildə büdcə sektoru üzrə maaş artımına 674,6 mln. manat vəsait nəzərdə tutulur. Büdcənin ümumi maaş fondu 8.479 mlrd. manat proqnozlaşdırılır. Maaş fondunun dövlət idarəetməsi bölməsi üzrə 98,2 mln. manat, təhsil bölməsi üzrə 477 mln. manat, səhiyyə bölməsi üzrə 37,3 mln. manat artımı görsənir.
“Amma büdcənin hazırkı mürəkkəb və qeyri-müəyyən təsnifatı təhsil sahəsi üzrə hansı istiqamətlər üzrə artımın olduğunu görməyə imkan vermir. Çünki nə məktəbəqədər, nə orta, nə də ali təhsil köməkçi bölməsində əmək haqqı xərclərində ciddi artım rəqəmləri əks olunmayıb”-deyə ekspert bildirib.
Əvvəlki məqalə

Gələn il orta aylıq maaş 898 manat olacaq

Sonrakı məqalə

DSX əsgəri özünü güllələyib