“Gəmiqaya” şirkəti Vasif Talıbovdan alındı, adı dəyişdirildi

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

Artıq şirkət bu gündən “Arkoz Holdinq” adını daşıyacaq.

Faktı APA-ya şirkətdən təsdiqləyiblər.

Eyni zamanda, “Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, “Gəmiqaya Holdinq” Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq”in prezidenti olub.

Əvvəlki məqalə

FHN gecə arvadını öldürən kişinin qapısını belə qırdı –

Sonrakı məqalə

“Çox yaxında sosial yardım və təqaüd artımı ilə bağlı yeni sərəncam olacaq” –