Gənclər üçün İKT bacarıqları ilə bağlı təlim keçirilib

“Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyin təşəbbüsü ilə keçirilən “Rəqəmsal Nəslin Uğurlu Davamçıları” layihəsi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin tərədaşlığı ilə Beyləqan Rayon Heydər Əliyev Mərkəzində 23-25 fevral tarixində təlim keçirildi.

Təlimin məqsədi gənclərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasının təmin edilməsidir. 3 günlük təlimdə  Ayşən Sadıqova, Gülnarə Vəlixanlı və Nərmin Kərimova təlimçi qismində çıxış etdilər. Təlimlərdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva da çıxış edərək gənclərin hərtərəfli inkişafının önəmli olduğunu vurğuladı.

 

3 günlük təlimlərdə gənclər İKT üzrə həm nəzəri, həm də praktiki baxımdan biliklər əldə etdilər. Yekunda iştirak edən gənclər sertifikat ilə mükafatlandırıldı. Beyləqan gəncləri layihənin ərsəyə gəlməsində “Göyərçin”  TİDİB-in bütün kollektivinə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Beyləqan nümayəndəliyinin əməkdaşları, xüsusilə Hüsən Paşayevə öz minnətdarlığını bildirdi.

Əvvəlki məqalə

Putin Patruşevə yeni köməkçi təyin etdi

Sonrakı məqalə

Lavrov Azərbaycana gəlib