G20-də Baydenlə Si Cinpinin görüşü başladı- Liderlərdən ilk AÇIQLAMA (VİDEO)

Balidə G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında  görüş başlayıb.

Azpost.info xəbər verir ki,  bu barədə “Bloomberg” məlumat yayıb.

Bu, ABŞ və Çin liderlərinin Bayden vəzifəyə gəldikdən sonra ilk üzbəüz görüşüdür.

“Sizi görməyimə şadam. Fikrimcə, biz Çin və ABŞ-ın fikir ayrılıqlarını idarə edə biləcəyini, münaqişədən qaynaqlanan rəqabətin qarşısını ala biləcəyini və daha yaxşı əməkdaşlıq üçün yollar tapa biləcəyini nümayiş etdirmək məsuliyyətini paylaşırıq”, – Bayden danışıqları açarkən deyib.

Öz növbəsində, Si Cinpin bildirib ki, hər iki tərəf düzgün istiqamət tapmalı və münasibətləri yüksəltməlidir.

“Hazırda Çin-ABŞ münasibətləri elə bir vəziyyətdədir ki, bu, bizim hamımızı qayğılandırır. Çünki bu, bizim ölkələrimizin fundamental maraqalarına aiddir  və  beynəlxalq ictimaiyyətin bizdən gözlədiyidir”, -Çin lideri qeyd edib.

Çin və ABŞ liderləri arasında danışıqların ən azı 2 saat davam edəcəyi gözlənilir. Bundan sonra Bayden mətbuat konfransı keçirməyi planlaşdırır.

Azpost.info

 

Əvvəlki məqalə

“Biz təkcə vəd vermirik, həm də real olaraq qayıdırıq!”

Sonrakı məqalə

Peskovdan Rusiya ilə ABŞ-ın Ankara görüşü ilə bağlı