General Oruc Zalovun oğlu işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.

Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.

Komitənin saytından da Rəşad Zalovla bağlı məlumatlar götürülüb.

Qeyd edək ki, Rəşad Zalov daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur. (Bakupost)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.