Gömrük Komitəsinin daha bir generalı işdən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, general-mayor Mirqasım Fazil oğlu Vahabov işdən çıxarılıb.

Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bununla bağlı əmr imzalayıb.

Komitədən “Report”a bildirilib ki, Mirqasım Vahabov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinatın olmadığı qeyd olunub. (Report)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.