Gömrük məntəqələrində aşkar edilən cinayət xarakterli faktların sayı açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 1572 cinayət xarakterli faktlar aşkar edilib.

Bunun 171-i qaçaqmalçılıq faktı, 89-u narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Bundan başqa, gömrük ödənişlərindən yayınma ilə bağlı 30, aksiz markası olmadan 116 idxal etmə faktları aşkar edilib. DGK bununla yanaşı 1 277 digər cinayət xarakterli faktları aşkarlayıb. Eyni zamanda, 29 656 inzibati xəta aşkar edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.