Goranboyda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb-FOTO

Goranboyda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınnalı kəndindəki qəbiristanlıqdan ümumi dəyəri 450 manat olan dəmir barmaqlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Araz Qədimov saxlanılıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən A.Qədimov dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Bayden 886 milyard dollarlıq hərbi büdcəsini təsdiqləyib

Sonrakı məqalə

Dünyada danq xəstəliyinin yayılma riski yüksəlib