Goranboy rayonunun Qaramusalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan 3 nəfər hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında yüngül bədən xəsarətləri ilə müalicəsini davam etdirir.
TƏBİB- dən verilən xəbərə görə, vəziyyətləri qənaətbəxşdir və müalicələri davam etdirilir.
21 nəfərə isə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Qaramusalı kəndində hərəkətdə olan mikroavtobusun aşması nəticəsində 24 nəfər xəsarət alıb.