Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Görsən üşüyürsən… –

User 04 İyun 2024 - 18:03 (Last updated: 21 May 2025 - 20:15)
qulu kitab

Şair-publisist, AYB üzvü  Təranə Dəmirin yeni kitabı çapdan çıxıb: “ÜŞÜYƏNDƏ ÖZÜNÜ YANDIRAN ŞAİR”. “Mücrü” nəşriyyatında ofset üsulu ilə işıq üzü görən kitabda müəllifin şair Qulu Ağsəsin yaradıcılığını incələyən məqalələr toplusu oxucuların ixtiyarına verilib.

Kitabın redaktoru və ön sözünün müəllifi kimi qrup yoldaşım Təranə xanımı təbrik edir, ona bu fədakar işlərində yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Səmimiyyət dolu sətirlər

Şükranlıqla bitirib Təranə Dəmir şair Qulu Ağsəs haqda qeydlərini. Şükür duasıyla Ağdamın şükürlü günlərində Uca Tanrıdan yaşamağa “pasport” alan dostumuz Qulu Ağsəsin həyatından qidalanan yaradıcılığını gündəmə gətirməyin çox çətin yolunu seçib Təranə Dəmir. Qınamıram. Başdan-başa təzadlardan keçən həyat-yaradıcılığın şükürlərə tapınmasının asan izahı olmaz ki…

Özü də sevgi, işıq, vətən ruhlu şeirlər yazan Təranə Dəmirin Qulu Ağsəsin bir qədər yumoristik ovqat qatmaqla məhəbbət, vətənpərvərlik, bütün hallarda çox dərin məzmunlu şeirlərinin arasından seçdiyi ən az qayğılı vaxtlarının düşüncəsindən qopan misralarıdı hələ bu:

 

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb.

Qulu Ağsəs haqqında bir neçə yazını qələmə alan müəllif, şairin insan və sənətkar kimi bir sıra keyfiyyətlərinə ekskurs edərək onların təhlilini öz süzgəcindən keçirib. Xüsusilə şairin Allaha tapınması, Yaradanı müqəddəsliyi ilə yanaşı, fərqli bir sferada görə bilməsi kimi çətin anlaşılan amillərin üzərinə məharətlə gələ bilib. Şeirlər arasından maraqlı seçmələr aparıb bu xüsusda:

Ömrü sürürəm hələ ki,

Verdiyin gündən yuxarı.

Hərdən qaldırmağım gəlir

(Döşənib ayaqlarına)

Səni özündən yuxarı.

 

Bu şeirdə isə onun “hürufiliyə”  –  başdan-başa kamilliyə – mənən Tanrıya qovuşmuş  insanlarla dolu bir cəmiyyət arzulamasına diqqətləri yönəldib:

…Gedib tövbə eləməyə

Mənə yer ver, İlahi.

Elə yer ki, baxım görüm

Sənsən hər yer, İlahi!

Təranə Dəmir qeyd edir ki, şair üsyanını da, harayını da, arzusunu da özünəməxsus tərzdə sözə çevirə bilir. İctimai motivləri xüsusi bacarıqla şeirə gətirməklə sətiraltı ifadələrdən də məharətlə istifadə edir:

 

Çıxardı insanların bütün maskalarını,

Eyni maska taxdı cahana virus.

     Ağac virus,

Maşın virus,

Bina virus

Bir yanda koronavirus,

Bir yanda karantinavirus…

 

Təranə Dəmir haqlı olaraq ədəbi aləmin yaxından tanıdığı Qulu Ağsəsin bütün yazılarında İlahi Eşqin tərənnüm olunduğu qənaətini bölüşür. Onun şəxsi keyfiyyətlərinə gəlincə isə “Özünə kölgə gəzməz. Kölgəsindəsə hər kəsə yer verər. Vaxtı gecəyə, gündüzə bölməz. Onsuz da dincliyi yoxdu. Sakitliyindəsə təlatüm var”qeydlərini yazır. Daha sonra Qulunun dinclik bilməyən bu həyatda “həyatdan getməyi”nin konturlarını göstərən səmimiyyət dolu şeirini misal gətirir:

 

İşdi, qəzadı,

səndən əvvəl ölsəm,

Məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

Uğur dilə.

Saçını yolma,

Köksünü ötürmə,

Allahın yanına gedirəm,

Ürəyinə ayrı şey gətirmə.

 

Siz də ürəyinizə heç nə gətirməyin. Sadəcə, bu kitabı oxumaq, oxutmaq və gələcək nəsillərin boxçasına qorumaq lazımdı. Gerisi təfərrüatdı. Qazancınızı bu kitabı hər iki şairin – Qulu Ağsəslə Təranə Dəmirin şeirləri ilə bərabər yaddaşlara köçürəndə hiss edəcəksiniz.

Nəzirməmməd Zöhrablı

 

 

Post navigation

Previous: Bugünkü hərracda tələb 73 milyon dollara yaxın olub
Next: Lənkəran Perinatal Mərkəzində yeni doğulan körpə ölüb

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.