Göyçayın Çərəkə kəndində 14 yaşlı məktəbli qız üçün toy mərasimi təyin olunub.
Azpost.info bildirir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
O, bunun la bağlı DİN-ə və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib.
“Məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də “prokat” qab qaşığını artıq verib. 14 yaşlı azyaşlının atasının ad soyadını isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bildirəcəyəm”-deyə hüquq müdafiəçisi vurğulayıb.
DİN-dən müraciətə operativ şəkildə reaksiya verilib. Nazrilikdən bildirilib ki, müraciət nəzarətə götürülüb.