Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Hətəkətdə olan “Mercedes Vito” markalı mirkoavtobusla “QAZ ” markalı yük maşını toqquşub.
Qəza zamanı xəsarət alanların kimliyi bilinib:
Vüsal Babayev (1985);
Xalidə İsayeva (1965);
Xudayar Musayev (1972);
Anar Qasımov (1993);
Elşanə Musalı (2004).
TƏBİB-dən bildirilib ki, baş verən qəzada xəsarət alan 2 nəfər (1 nəfər qadın cinsli, 1 nəfər kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
“Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. 1965-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə vəziyyəti stabildir”, – deyə qeyd edilib(apa) .