Tatarıstanda Kazan ətrafındakı Arakçino kəndi yaxınlığında gəzinti gəmisi batıb.
Volqa çayında üzən gəmidə 30-a yaxın sərnişinin olduğu bildirilib. Onların hamısı qayıqlar vasitəsilə vaxtında xilas edilib.
Müstəntiqlər hadisənin səbəblərini araşdırır. (lenta.ru)