“Güc metodu ilə Ermənistanı sülhə məcbur etmək ən optimal variantdır” –Rusiyalı politoloq

“Ermənistan ya Azərbaycanın sülh təklifini qəbul edəcək, ya da dövlətçiliyi faciəvi sonluqla bitəcək”.

Bu sözləri Rusiyanın “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko APA-aya açıqlamasında bildirib.

Bakı ilə İrəvan arasında sülh sazişinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən beş prinsip əsasında mümkün olduğunu söyləyib: “Ona görə ki Azərbaycan tərəfinin təklifləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq reallıqlara əsaslanır. Qarabağ məsələsini sülh sazişinə bağlamaq cəhdləri əsassız və qanunsuzdur. Çünki Qarabağ Azərbaycandır. Ermənistan, eləcə də onun qərbli himayədarları bunu birdəfəlik qəbul etməlidir. Ona görə də Ermənistan ya sülh sazişini imzalayacaq, ya da baş verə biləcək hadisələr Ermənistanın dövlətçiliyi üçün faciəvi sonluqla bitəcək”.

Rusiyalı hərbi ekspertin fikrincə, Ermənistan hələ də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “İrəvan üçtərəfli bəyanatları icra etmir. Soçi və Moskva razılaşmaları icra olunmayıb. Paşinyan ötən ilin sonunda Zəngəzur dəhlizini açmaqdan imtina edib. Baxmayaraq ki, bununla bağlı üzərinə öhdəlik götürüb. Ermənistanla Azərbaycanın sərhədləri hələ ki delimitasiya və demarkasiya olunmayıb. Onlar 30 il ərzində işğal altında saxladıqları minalanmış ərazilərin xəritələri Azərbaycana təhvil verməyib. Ermənistan tərəfindən silahlı təxribatlar, anti-Azərbaycan kampaniyası davam edir. Bu fonda Ermənistan tərəfindən xoşməramlı iradə gözləmək çətindir. Ona görə də düşünürəm ki, diplomatiya ilə dəqiq cərrahiyyə-güc metodunun tandemi Ermənistanı sülhə məcbur etmək üçün ən optimal variantdır”.

Əvvəlki məqalə

Avropa Parlamenti Rusiya əleyhinə qətnamə qəbul etdi –

Sonrakı məqalə

ABŞ-ın müvəqqəti işlər vəkili Milli Məclisin 5 deputatı ilə görüşüb