Gürcüstan müxalifəti parlament seçkilərinin yenidən keçirilməsini tələb edib

Gürcüstan müxalifəti təkrar parlament seçkilərinin keçirilməsində israrlıdır.

Bunu Tbilisidə keçirilən mitinqdə deputat, “Birlik – Milli Hərəkat” koalisiyasının nümayəndəsi Georgi Vaşadze deyib.

“Bizim tələbimiz yeni seçkilərin keçirilməsidir, ancaq onları beynəlxalq seçki administrasiyası keçirsin”, – deyə Vaşadze etirazçılara müraciət edib.

Müxalifətin digər tələbi də seçkilərdə səs vermiş şəxslərin siyahılarının açılmasıdır. Hakimiyyət əleyhdarları hesab edirlər ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatlarından fərqli olaraq seçkilərdə aktivlik çox aşağı olub.

Əvvəlki məqalə

Bakı Kənar Dairəvi yolunda təhlükənin qarşısı alınıb

Sonrakı məqalə

BRICS-lə əlaqələrin inkişafı Türkiyənin maraqlarına uyğundur