Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında dava düşüb.

Azpost.info xəbər verir ki, insident deputatların təşəbbüs üzrə üçüncü və yekun oxunuşda səs verməsi planlaşdırılan plenar iclasda baş verib.

Müzakirə az sonra isə kütləvi davaya çevrilib. Dava müxalifət partiyalarının deputatları ilə parlament çoxluğu arasında baş verib.

Hadisə ilə əlaqədar parlamentin spikeri Şalva Papuaşvili texniki fasilə elan edib və dinləmələr daha sonra davam etdirilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.