Gürcüstanın Bakıdakı səfirliyi ölkə səfirinin səlahiyyət müddətini vaxtından əvvəl başa vuracağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Azpost.info bildirir ki, bu gün yayılan məlumata görə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze vaxtından əvvəl vəzifəsindən azad edilib.
Bu barədə sərəncamı Gürcüstanın baş naziri İrakli Kobaxidze imzalayıb və sənəd təsdiq üçün prezident Salome Zurabişviliyə göndərilib.