Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə tibbi nəzarətə götürülüb - Tbilisidə
Gürcüstan vətəndaşı koronavirus şübhəsi ilə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında nəzarətə götürülüb.
"Report"un yerli bürosu xəbər verir ki, üç gün öncə Şanxaydan vətənə dönən gənc qadın özü xəstəxanaya müraciət edib.
Pasiyent digərlərindən izolyasiya olunub. O, sabah koronavirusla bağlı testdən keçiriləcək.
Xəstəxanadan bildirilib ki, vətəndaşda koronavirusun olması ehtimal edilməsə də, tibbi nəzarətdə saxlanılır.
Klinikadan qeyd olunub ki, son günlər ərzində nəzarətə götürülən doqquz pasiyentin heç birində koronavirus təsdiq olunmayıb və onların hamısı evə buraxılıb.
Əlaqəli xəbərlər
-
Pezeşkian iranlılara çağırış etdi - “Fikir ayrılıqlarını kənara qoyun”
-
Ermənistan TRIPP sazişini təsdiqlədi - ABŞ 74% paya sahib olacaq
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
Növbəti xəbər yüklənir...