“Gürcüstan və Serbiya Ukrayna ssenarisi ilə NATO-ya cəlb olunacaq”- LUKAŞENKO

“Bosniya və Herseqovina, Moldova, Gürcüstan və Serbiya Ukrayna ssenarisinə uyğun olaraq NATO-ya cəlb edəcəklər”.

Azpost.info xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O qeyd edib ki, Minsk uzun sürən hərbi-siyasi böhranın episentrindədir, eyni zamanda ABŞ və Aİ-nin iştahı və fəaliyyəti artmaqda davam edir.

“Finlandiyanın və tezliklə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Onlar Bosniya və Herseqovina, Moldova, Gürcüstan və Serbiyanı Alyansa cəlb edəcəklər. Və bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq. Kollektiv Qərbin iştahı və fəallığı ancaq artacaq”, – Lukaşenko deyib.

Belarus lideri ABŞ-ın Aİ-də maraqlarının üstünlüyünü nəzərə alaraq NATO-nun genişlənməkdə davam edəcəyinə əminliyini ifadə edib.

Azpost.info

Əvvəlki məqalə

Qayda pozuntusu törədərək sosial şəbəkədə paylaşan şəxs saxlanılıb

Sonrakı məqalə

Xocalıda yeni içməli su mənbəyi yaradılır