Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 2008-ci il gürcü-abxaz müharibəsini keçmiş prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının “cinayət avantürası” adlandırıb və ona qarşı açıq məhkəmə prosesinin keçiriləcəyini elan edib.
Azpost.info xəbər verir ki, bu barədə “Newsgeorgia” yazıb.
“Gürcü arzusu” həmçinin keçmiş hakim partiyanı Rusiya-Ukrayna münaqişəsi fonunda ölkəni növbəti müharibəyə sürükləməkdə və ikinci cəbhə açmağa cəhd etməkdə ittiham edib.
Partiyadan bildirilib ki, Vahid Milli Hərəkat ölkəyə və xalqa qarşı törədilmiş xəyanətkar cinayətə görə kollektiv məsuliyyət daşımalıdır. Onlar Saakaşvilinin partiyasını 2008-ci ildə kənardan alınan anti-dövlət tapşırığını qəsdən yerinə yetirməkdə ittiham ediblər.
Azpost.info