“Gürcüstanda heç kim ikinci “Maydan” görməyəcək”- Gürcüstan Baş naziri

Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkədə ikinci “Maydan” olmayacağını bildirib və Litva, Estoniya və İslandiya xarici işlər nazirlərinin Tbilisidə müxalifətin mitinqində iştirakını qeyri-ciddi addım adlandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Xarici işlər naziri öz hökumətindən xəbərsiz Gürcüstanda müxalifətin mitinqində iştirak edirsə, bu, bu strukturda ciddiliyin olmadığını göstərir. Lakin bu, təbii ki, onların işidir”, – Baş nazir deyib.

O, əcnəbi siyasətçilərin Ukrayna “Maydan”ı ilə son həftələr Tbilisidə baş verən hadisələr arasında apardıqları paralellər barədə sualı da cavablandırıb: “Mən hər kəsə demək istəyirəm ki, Gürcüstanda heç kim “Maydan”ı görməyəcək”.

Kobaxidze Gürcüstan hakimiyyətinin ölkənin inkişafı üçün məsuliyyət daşıdığını bildirib.

Azpost.info

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.