Gürcüstanda qəzaya uğrayan helikopterdəki 8 nəfərin hamısı həlak olub –FOTO

Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

Bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.

Nazir qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Qeyd edib ki, həlak olanlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.

Vaxtanq Qomelauri qəzanın səbəblərinin hələ ki dəqiq bilinmədiyini, lakin araşdırmaların aparıldığını deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.