“Gürcüstan hakimiyyəti Vazianidəki ABŞ hərbi hərbi təlim mərkəzini və kurort şəhəri Anaklianı Çinə verməyə hazırlaşır”.
Azpost.info bildirir ki, bu bəyanatla həbsxanada olan sabiq prezident Mixeil Saakaşvili çıxış edib.
O bildirib ki, bu, Gürcüstanın ən böyük geosiyasi uğursuzluğu və Qərbdən uzaqlaşmaq yolunda nəhəng addımdır.
“Çinlilər və ruslar bu gün bir yerdədir. Onları strateji aktivlərə cəlb etmək ölümcül uğursuzluqdur”-deyə Saakaşvili yazıb.