Naməlum şəxslər Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın mərkəzi ofisinə hücum ediblər.
Azpost.info xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Hücum gecə saatlarında baş verib. Naməlum şəxslər dəyənəklərlə pəncərələri sındırıb və avadanlıqları zədələyiblər.
Partiyanın məlumatında deyilir ki, hücumda 100-ə yaxın adam iştirak edib. Onlar partiya üzvlərini ölümlə hədələyiblər.
Azpost.info