Həbsxanalarda məhkumlar arasında koronavirusa yoluxan yoxdur - Pentensiar Xidmət açıqlama verdi
Koronavirusun tüğyan etdiyi dünyada təhlükənin miqyası böyüdükcə, problemlər də artmaqda davam edir. 12 462 nəfər yoluxma, 827 ölüm halınnı qeyə alındığı İtaliyada həbsxanadan qaçanların sayı artıb.
Bəs, hazırda Azərbaycan həbsxanalarında koronavirusla bağlı vəziyyət necədir? Dustaqlardan qaçmağa cəhd edənlər varmı?
Məsələ bağlı Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, koronavirus təhlükəsilə əlaqədar bütün zəruri addımlar atılıb:
“Penitensiar Xidmətin bütün müəssisələrində dezinfeksiya işləri aparılır”.
M.Sadıqovun sözlərinə görə, Xidmətin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulunun dayandırılması davam edir:
“Həm Pentensiar Xidmətin əməkdaşları, həm də həkimlər tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə aparılır, heç bir narahatlıq yoxdur. Hazırda müəssisələrdə saxlanılan şəxslər arasında koronavirusa yoluxan yoxdur”.
Sonuncu həbs olunanlar arasında əcnəbilər, xüsusilə Çin, İran, İtaliya vətəndaşlarının olmasına gəlincə, rəis bununla bağlı məlumatsız olduğunu deyib.
O, həmçinin həbsxanadan qaçma hallarına cəhdlərin olmadığını da vurğulayıb.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...