Həbsdə olan Nazim Bəydəmirliyə qarşı yeni ittiham irəli sürülüb

Həbsdə olan sabiq deputat, iş adamı Nazim Bəydəmirliyə qarşı yeni ittiham irəli sürülüb.

Azpost.info bildirir ki, bu barədə vəkil Aqil Layıc bildirib.

Vəkilin sözlərinə görə, N.Bəydəmirliyə qarşı AR CM-nin 182.2.2-ci maddəsiylə yenidən ittiham elan edilib: “Nazim Bəydəmirliyə qarşı ittiham ağırlaşdırıldı. Yeni ittihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə qorxu ilə pul tələb edib. Nəticədə hədə-qorxu ilə tələb etmənin alt bəndinə əsasən, hədə-qorxu təkrarən tələb etmə maddəsilə, yəni AR CM-nin 182.2.2-ci maddəsiylə yenidən ittiham irəli sürüldü”-deyə vəkil vurğulayıb.

 

Azpost.info

Əvvəlki məqalə

Avropa Liqasında “Qarabağ”ın rəqibləri bəlli olub

Sonrakı məqalə

“Rusiya “taxıl sazişi”ni bərpa etməyə hazırdır”